Bu dəfə Şuşaya pensiyaçılar getdi - FOTO 

15:35 02.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu “Şuşa ili” çərçivəsində şuşalı pensiyaçıların Şuşaya səfərini təşkil edib. 

 

DSMF-dən hafta.az-a verilən məlumata görə, 2 günlük səfər zamanı pensiyaçılar Şuşada Yuxarı Gövhər ağa məscidini, məşhur sənətkar Bülbülün ev-muzeyini, Şərqdə opera janrının banisi Üzeyir Hacıbəylinin ev-muzeyini, eləcə də XVIII əsr Azərbaycan şairi Molla Pənah Vaqifin məqbərəsini ziyarət edəcəklər.


Səfər “Cıdır düzü”ndə təşkil olunan toplantı ilə başa çatacaq.